Beynəlxalq Əlaqələrdə
Feminist Baxışlar (2002)
J. ANN TICKNER
Digər
ictimai elmlərlə müqayisədə feminist perspektivlər beynəlxalq əlaqələr (BƏ) fənninə nisbətən gec – 1980-ci illərin axırında daxil
olmuşdur. BƏ-nin bu qədər uzun müddət cins məsələsinə niyə peyvəndə
(immunitetə) malik olmasını soruşan Margot Light və Fred Halliday fərz
etmişdilər ki, BƏ alimləri cinsə (gender-ə) beynəlxalq əlaqələrə uyğun olmayan
millətdaxili problem kimi baxmağa meyl etmişlər; beynəlxalq əlaqələrə “cinsi
mənada neytral» kimi baxılmışdır ki, bu da onun kişilər haqqında olduğu qədər,
qadınlar haqqında da olması mənasını daşıyır (Light və Halliday, 1994: 45).
Diqqətinin mərkəzində «yüksək» müharibə siyasəti duran fənn kişilərin
təcrübəsindən doğan imtiyazlı problemlərə malikdir; biz belə bir inama
uyğunlaşdırılmışıq ki, müharibə və güc siyasəti kişilərə xüsusilə yaxın olan və
kişilərin xüsusi qabiliyyətə malik olduqları sahələrdir və ona görə də bu
dünyanın təsvir edilməsi və onun haqqında sərəncam
|