Siyasətin
təriflərinin əksəriyyətinə güc daxildir. Beynəlxalq qarşılıqlı təsirlərin
əksəriyyəti siyasidir və ya siyasi qollara malikdir. Ona görə də beynəlxalq
qarşılıqlı təsir haqqında Fukididdən günümüzə qədər aparılan müzakirələrdə
gücün həmişə nəzərdə olması təəccüblü deyil. Lakin, beynəlxalq əlaqələrdə gücün
rolu barədə müzakirələrin uzun tarixi razılıq əldə etmək məsələsində o qədər də
uğurlu olmamışdır. Alimlər təkcə gücün rolu ilə deyil, həm də onun təbiəti
(xarakteri) ilə əlaqədar bir-biri ilə razılığa gəlmirlər. Alimlərdən biri
bildirir ki, güc beynəlxalq siyasətin realist nəzəriyyələrində ən əsas
anlayışıdır, hərçənd ki, «onun uyğun tərifi ziddiyyətlər üçün yer qoyur»
fikrini də qəbul edir (Waltz, 1986: 333). Robert Gilpin güc anlayışını
«beynəlxalq əlaqələr sahəsində ən xoşa gəlməyənlərdən biri kimi» (1981: 13)
təsvir edir və hesab edir ki, «təriflərin miqdarı və müxtəlifliyi siyasət
alimləri üçün əngəl olmuşdur» (1975: 24). Bununla belə, beynəlxalq əlaqələr
tədqiqatçıları arasında həm gücün roluna müraciət etmək zərurəti, həm də bu
mövzu haqqında biliklərin kifayət qədər olmaması məsələsində geniş qəbul
edilmiş razılıq vardır (Guzzini, 2000).
|