İçindəkilər:
Giriş: İctimaiyyətlə Əlaqələr ...Lazımdırmı?. 1
I. Ümumi məlumatlar 2
II. Təşkilatlar və
PR strategiyalari 15
III. PR vasitələri və tədbirləri 32
IV. Bütün yollar
KİV-dən keçir 50
Əlavə I.
Beynəlxalq "Pablik Rileyşnz" Assosiasiyası (BPRA) 66
Əlavə II. Pablik Rileyşnz üzrə Avropa Konfederasiyası (PRAK) 67
*
* *
Uzun
illər işlədikdən sonra bir də ətrafa diqqət yetirib görürsünüz ki, sizin təşkilatınız artıq cəmiyyətdə və ya
onun müəyyən dairələrində kifayət qədər tanınıb, lakin heç də hamı tərəfindən
birmənalı qarşılanmır. Çoxları sizə hörmətlə yanaşır, lakin rəqiblər və bəzi
«ağzıgöyçəklər» çalışırlar ki, sizin təşkilatınız və şəxsiyyətiniz haqqında pis
fikir yaratsınlar, xoşagəlməz şaiyələr yaysınlar.
Belədə
qarşınızda iki yol durur: birincisi, heç nəyə əhəmiyyət vermədən əvvəlki kimi
vicdanla çalışmaq, necə deyərlər, xalqa xidmət etmək və inanmaq ki, «xalqın
gözü tərəzidir»; ikincisi, təşkilatın imicini qorumaq və qaldırmaq üçün tədbirlər
hazırlayıb həyata keçirmək - yayılan və
yayıla biləcək şaiyələrin mənbəyini araşdırmaq, onların cəmiyyətdə hansı
təsirlər doğura biləcəyini proqnozlaşdırmaq, əməkdaşların təşkilatda davranış
qaydalarını müəyyənləşdirmək, iş prosesində əlaqədə olduğunuz işgüzar dairələri
özünüz haqqında mümkün qədər çox məlumatlandırmaq və s.
Kimsə
deyə bilər ki, Azərbaycanda pablik rileyşnz, imicmeykerlik səmərəsiz bir fəaliyyətdir. İlk baxışdan burada müəyyən
məntiq var: pablik rileyşnz ictimai fikri öyrənmək, konkret məqsədlər və vasitələrlə
ona təsir etmək sənəti və elmidir. Korrupsiyanın inkişaf etdiyi bir cəmiyyətdə
isə ictimai fikrin rolu minimuma enir və
onu özün üçün müsbət istiqamətdə formalaşdırmağa səy göstərmək əhəmiyyətsiz işə
çevrilir.
Lakin
bu, ictimaiyyətlə əlaqəyə səthi baxışdan irəli gələn məntiqdir. Əslində, pablik
rileyşnz - korporativ diplomatiya deməkdir. Geniş ictimaiyyətə təsir etmək, hər
hansı ideya və ya təşkilat haqqında onun fikrini müsbət istiqamətdə
formalaşdırmaq bu diplomatiyanın yalnız bir hissəsidir. Burada əsas fəaliyyət məhz
maraqlı dairələrlə, ayrı-ayrı qruplarla, dövlət qurumları ilə daim əlaqədə
olaraq onlarda təşkilat, lider və onun fəaliyyəti haqqında müsbət fikir
yaratmaqdan ibarətdir.
...Bəs bu, nəyə
lazımdır?
1.
Hər bir təşkilatın tez-tez kreditə ehtiyacı olur - pul, mal və ya etimad
kreditinə. Kredit vermək etibar etmək deməkdir. Cəmiyyət də, mal sahibi də,
bank da krediti adətən o təşkilata (şəxsə)
verirlər ki, onun cəmiyyətdə yüksək imici, işgüzar dairələrdə nüfuzu olsun.
Tanınmamış təşkilatın maliyyə dəstəyi almaq məqsədilə təqdim etdiyi
biznes-planın və ya layihənin son yeri
çox zaman zibil yeşiyi olur. Müəyyən pablik rileyşnz kampaniyası aparmadan heç
bir layihəyə uğur qazandırmaq olmaz.
2.
İnsanlar kimi, təşkilatların da həyatında büdrəmələr olur. İctimaiyyətlə əlaqəyə
etinasız yanaşan təşkilatlarda bu büdrəmələr bəzən iflasa gətirib çıxarır.
Lakin pablik rileyşnz fəaliyyətini yüksək peşəkarlıqla quran təşkilatlar belə
böhranları nisbətən asanlıqla keçirir, hətta bəzən bundan özlərinin xeyrinə də
istifadə edirlər.
3. Cəmiyyətdə uğurla fəaliyyət
göstərmək üçün onu yaxından tanım
|