Yaponiya
iqtisadiyyatı 1999-cu ilin payızına yaxın dünya bazarındakı qeyri-sabitlik və
maliyyə sistemlərində yer almış “şəffaflıq” şəraitində “cadulanmış çevrə” adını
almış çox ciddi vəziyyətlə qarşılaşmışdı. İqtisadi böhranı zəiflətmək,
iqtisadiyyatda durğunluk təzahürlərinin qarşısını almaq məqsədi ilə Yaponiya
hökuməti imkanı daxilində olan bütün vasitələrə - maliyyə, pul-kredit, vergi,
qanunvericilik orqanları və aktlarına, o cümlədən, 1998-ci ilin noyabrında
bəyan edilmiş “Fövqəladə iqtisadi Tədbirlər Paketinə” müraciət etməli olmuşdur.
Eyni zamanda maliyyə sistemində struktur dəyişikliklər, istehsal sahəsində
rəqabət qabiliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin açılması, əmək
bazarının yenidən qurulması, ən əsası isə, Orta və Kiçik Sahibkarlığa münasibətdə
hökumət siyasətinin təzələnməsi və yaxşılığa doğru dəyişməsi kimi mühüm
tədbirlər də həyata keçirilmişdir.
|