Belə
ki, hər şeydən öncə, göründüyü kimi, məziyyət haqqında danışmaq lazımdır, bu
nədir və nədən meydana gəlir (ek tinōn ginetai), ola bilsin ki, onun necə və
nədən ortaya çıxmasını başa düşmədən məziyyət haqqında biliyə malik olmaq
əbəsdir. Doğrudan da, bizə onu müzakirə etmək sadəcə olaraq onun nə olduğunu
bilməkdən ötrü deyil, həm də onu başa düşməkdən ötrü lazımdır ki, buna hansı
yolla yetmək olar, əgər biz yalnız onu başa düşməklə kifayətlənməyib, həm də
özümüz yaxşı olmaq istəyiriksə, bunu da biz onun nədən və necə meydana
gəldiyini bilmədiyimiz halda edə bilmərik. Əlqərəz, məziyyətin nə olduğunu
bilmək lazımdır, ona görə ki, bütün elmlərdə olduğu kimi, onun nə olduğunu
bilmədən onun nədən və necə meydana gəldiyini başa düşmək çətindir. Lakin bu
xüsusda digərlərinin nə dediyini də nəzərdən qaçırmaq olmaz.
|