6 ci gun, 2024-04-27
KAVQA
Site menu
Catalog categories
KITABLAR [22]
mp3 [1]
mp3 yükle
Our poll
Sizce Azerbaycan Turkleri oyanillar???
Total of answers: 143
Main » Files » KITABLAR

Sivilizasiyaların toqquşması?
[ ] 2008-06-07, 6:34 PM

Səmyuel P. Hantinqton

 

«Foreign Affairs»,dərgisi, 1993-cü ilin yayı

 

İngiliscədən Azərbaycan türkcəsinə

çevirəni Niyazi Mehdidir

 

 

QARŞIDAN GƏLƏN KONFLİKTİN MODELİ

 

Dünya siyasəti yeni fazaya girməkdədir. İntellektuallar isə üstümüzə onun gələcəkdə hansı qiyafədə olması haqqında gümanlar yağdırırlar: tarixin sonu, millət-dövlətlərinin ənənəvi rəqabətə qayıtması, müxtəlif yönlərə - tayfaçılığa, qlobalizmə və s. aparan tendensiyaların basqısı altında millət-dövlətlərin böhrana düşməsi. Bu sadalananların hərəsi yaranan gerçəkliyin yalnız bir yönünü tuta bilir. Ancaq onların hamısı əsas nöqtəni, əslində, problemin mərkəzindəki aspekti tuta bilmirlər.

 

Mənim gümanım isə belədir: yeni yaranan dünyada indən belə konfliktlərin başlıca qaynağı nə ideologiya olacaq, nə də iqtisadiyyat. İnsanlığın önəmli sərhədlərlə bölünməsi və konfliktlərin başlıca qaynaqları mədəniyyətdən gələcək. Düzdür, millət-dövlətləri beynəlxalq aləmdə çox güclü tərəflər kimi qalacaqlar, ancaq qlobal siyasətin prinsipial konfliktləri başqa-başqa sivilizasiyalara aid olan millətlər, qrupları arasında baş verəcək. Sivilizasiyaların toqquşması dünya siyasətinin başlıca amili olacaq. Sivilizasiyalar arasından keçən çatlar gələcək cəbhələri ayıracaq cızıqlardır.

 

Çağdaş dünyanda konfliktlərin gəlişməsinin axırıncı fazası sivilizasiyalar arasındakı konfliktdir. Vestfal Barışının doğurduğu çağdaş beynəlxalq sistemin yarandığı vaxtdan bu yana keçən yüz əlli ildə Qərb dünyasının konfliktləri başlıca olaraq krallar, imperatorlar, mütləq və konstitusiyalı monarxlar arasında baş verirdi. Bununla onlar öz bürokratik aparatlarını genişləndirməyə, ordularını gücləndirməyə, iqtisadiyyatlarını artırmağa çalışırdılar və ən əsası isə odur ki, idarələri altında olan əraziləri genişləndirməyə can atırdılar. Bu prosesdə millət-dövlətləri yarandı. Fransız İnqilabından sonra isə millətlər arasında başlıca konflikt cızıqları daha çox krallar arasından yox, uluslar (millətlər) arasından keçdi. R. R. Palmerin yazdığı kimi «1793-də kralların savaşı
Category: KITABLAR | Added by: muharibe
Views: 1585 | Downloads: 10 | Comments: 2 | Rating: 4.3/3 |
Total comments: 2
2 receb  
0
bu kitabi nece yuklayim mana yardim edin mumkunsa

1 ismayil  
0
cox gozel kitabdir . sagolun

Only registered users can add comments.
[ Registration | Login ]
Login form
Search
Site friends
Statistics

cemi 1
qonaq 1
istifadeci 0
Copyright MyCorp © 2024