7 ci gun, 2024-04-28
KAVQA
Site menu
Catalog categories
KITABLAR [22]
mp3 [1]
mp3 yükle
Our poll
Sizce Azerbaycan Turkleri oyanillar???
Total of answers: 143
Main » Files » KITABLAR

insan huquqlarininn avropa konveksiyasi
[ ] 2008-06-07, 6:32 PM

İNSAN HÜQUQLARININ

VƏ ƏSAS AZADLIQLARIN MÜDAFİƏSİ HAQQINDA

AVROPA KONVENSİYASI

1953-cü il sentyabrın 3-də qüvvəyə minib

Ümumi Bəyannamədə 21 sentyabr 1970-ci ildə qüvvəyə minmiş 3 saylı Protokolun, 20 dekabr 1971-ci ildə qüvvəyə minmiş 5 saylı Protokolun, 1 yanvar 1990-cı ildə qüvvəyə min­miş 8 saylı Protokolun, 1 noyabr 1997-ci ildə qüvvəyə minmiş 11 saylı Protokolun müddəalarına uyğun olaraq dəyişdirilən və eləcə də 2 saylı Protokolun 5-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq həmin Protokolun mətnini özündə ehtiva edən mətn 21 sentyabr 1970-ci ildə qüvvəyə minmiş Konvensiyanın tərkib hissəsidir.[i]

Roma, 4 noyabr 1950-ci il

Avropa Şurasının üzvləri olub, bu Konvensiyanı imzalayan Hökumətlər, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 10 dekabr 1948-ci ildə elan olunan İnsan Hüquqlarının Ümumi Bəyannaməsini nəzərə alaraq,

Bu Bəyannamənin, onda elan olunan hüquqların hamılıqla və səmərəli tanınmasını və həmin hüquqlara əməl edilməsini təmin etmək məqsədinə malik olduğunu nəzərə alaraq,

Avropa Şurasının məqsədinin onun üzvləri arasında böyük birliyə nail olmasının mümkün olduğunu, insan hüquqlarının və əsas azadlıqlarının təsdiqinin və sonradan realizəsinin bu məqsədə nail olmasının vasitələrindən biri olduğunu nəzərə alaraq,

Bütün dünyada ədalətin və sülhün əsası olan, əməl edilməsi başlıca olaraq, bir tərəfdən hüquqi demokratik sistemdən, digər tərəfdən isə insan hüquqlarının ümumi şəkildə dərk edilməsindən və onlara əməl edilməsindən asılı olan bu əsas azadlıqlara yaxından tərəfdar çıxdığını yenidən təsdiq edərək,

Vahid baxışlara tərəfdar çıxan, siyasi ənənələrin və idealların ümumi irsinə malik olan, azadlıqlara və hüququn aliliyinə hörmət edən, nəzərdə tutulan hüquqlardan bəzilərinin kollektiv surətdə həyata keçirilməsi yolunda ilk addımlar atan Avropa ölkələrinin hökumətləri kimi tam qətiyyətlə, aşağıdakılar haqqında razılığa gəlmişlər


[i] European Treaty Series №5. Ümumi Bəyannamədə 21 sentyabr 1970-ci ildə qüvvəyə minmiş 3 saylı Protokolun, 20 dekabr 1971-ci ildə qüvvəyə minmiş 5 saylı Protokolun, 1 yanvar 1990-cı ildə qüvvəyə minmiş 8 saylı Protokolun, 1 noyabr 1997-ci ildə qüvvəyə minmiş 11 saylı Protokolun müddəalarına uyğun olaraq dəyişdirilən və eləcə də 2 saylı Protokolun 5-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq həmin Protokolun mətnini özündə ehtiva edən mətn 21 sentyabr 1970-ci ildə qüvvəyə minmiş Konvensiyanın tərkib hissəsidir

Category: KITABLAR | Added by: muharibe | Author: nicat
Views: 1245 | Downloads: 2 | Rating: 0.0/0 |
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Login form
Search
Site friends
Statistics

cemi 1
qonaq 1
istifadeci 0
Copyright MyCorp © 2024