5 ci gun, 2024-03-29
KAVQA
Site menu
Catalog categories
KITABLAR [22]
mp3 [1]
mp3 yükle
Our poll
Sizce Azerbaycan Turkleri oyanillar???
Total of answers: 143
Main » Files » KITABLAR

Türkiyə Cümhuriyyəti Anayasası
[ ] 2008-06-07, 7:17 PM

BAŞLANĞIC

Əbədi Türk vətən və millətinin bütünlüyünə və müqəddəs Türk Dövlətinin varlığına qarşı Cümhuriyyət dövründə bənzəri görünməmiş bölücü və yıxıcı qanlı bir iç savaşın gerçəkləşmə nöqtəsinə yaxınlaşdığı zaman;

Türk millətinin ayrılmaz parçası olan Türk Silahlı Qüvvələrinin, millətin çağırışıyla gerçəkləşdirdiyi 12 sentyabr 1980 hərəkatı nəticəsində, Türk Millətinin qanuni təmsilçiləri olan Məsləhət Məclisi tərəfindən hazırlanıb, Milli Təhlükəsizlik Şurasında son forma verilərək Türk Milləti tərəfindən qəbul və təqdir edilən və bilavasitə Onun əliylə təsis olunan bu A N A Y A S A:

— Türkiyə Cümhuriyyətinin qurucusu, ölümsüz öndər və bənzərsiz qəhrəman Atatürkün bəyan etdiyi millətçilik anlayışı və Onun inqilab və prinsiplərinə uyğun surətdə;

— Dünya millətlər ailəsinin bərabər haqlara sahib şərəfli bir üzvü olaraq; Türkiyə Cümhuriyyətinin nəyin bahasına olur olsun öz varlığı, rifahı, maddi və mənəvi səadəti ilə çağdaş mədəniyyət səviyyəsinə çıxmaq əzmi istiqamətində;

— Millət iradəsinin mütləq üstünlüyü, suverenliyin qeyd-şərtsiz Türk Millətinə məxsus olduğu və bunu Millət adından tətbiq etməyə səlahiyyətli qılınan heç bir şəxs və təşkilatın, bu Anayasada göstərilən hürriyyətçi demokratiya və bunun tələbləriylə müəyyən edilmiş hüquq quruluşu çərçivəsindən çıxmayacağı;

— Qüvvələr bölgüsünün, Dövlət orqanları arasında üstünlük sıralaması anlamına gəlməyib, müəyyən Dövlət səlahiyyətlərinin tətbiqindən ibarət və bununla məhdudlaşdırılan mədəni bir iş bölümü və işbirliyi olduğu və üstünlüyün anca
Category: KITABLAR | Added by: muharibe
Views: 1417 | Downloads: 2 | Rating: 4.5/2 |
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Login form
Search
Site friends
Statistics

cemi 1
qonaq 1
istifadeci 0
Copyright MyCorp © 2024