1 ci gun, 2024-04-29
KAVQA
Site menu
Catalog categories
KITABLAR [22]
mp3 [1]
mp3 yükle
Our poll
Sizce Azerbaycan Turkleri oyanillar???
Total of answers: 143
Main » Files » KITABLAR

KAPİTALİZM ADAMI, DEMOKRATİYA ADAMI
[ ] 2008-06-01, 9:44 PM

KAPİTALİZM ADAMI, DEMOKRATİYA ADAMI

Maks Veber

 

 

 

Nə üçün bir sivilizasiya uğurla inkişaf edir, digəri daim durğunluqda qalır, üçüncüsü isə, ümumiyyətlə, yer üzündən silinib gedir?  Bu suallar bəşəriyyətin fikrini çox qədimlərdən məşğul edirdi və elə indinin özündə də ictimai elmlərin başlıca problemi olaraq qalır.

 

Nə üçün kapitalizm və demokratiya bir ölkədə kök salıb çiçəkləyir, digərində isə məğlu­biy­yətə uğrayır? Qərbin demokratik cəmiyyəti insanında fövqəladə nəsə varmı və o, digər mədəniyyətin nümayəndəsindən nə ilə fərqlənir?  Qərb dünyasından parlamenti, Konstitusi­yanı əxz edərək qanun vasitəsilə şəxsi mülkiyyəti və bazar münasibətlərini həyata keçir­mə­­yimiz kifayətdirmi ki, ölkəmiz uğurla inkişaf yoluna qədəm qoysun?

 

Görkəmli alman filosofu və sosioloqu Maks Veber (1864–1920) XX yüzilliyin astana­sında bu suala “yox” cavabını verirdi.  Veberin fikrincə, kapitalizm və demokratiyanın uğurlu inkişafı üçün insan xüsusi mədəniyyətə — həyata münasibətdə rasional və tənqidi baxışa, eləcə də, protestantizm dini təlimi və dini praktikası vasitəsilə təşəkkül tapmış əməyin kapitalist etikasına yiyələnməlidir.

 

Veber yazırdı ki, kapitalizm münasibətləri Qərbdə uydurulmayıb, bunlar bütün siviliza­siyaya xasdır, ancaq protestant kapitalizminin əsaslı fərqi əməyə xüsusi münasibət­dədir.  Digər mədəniyyətlərdə “insan yaşamaq üçün işləyir, protestantlar isə işləmək üçün yaşayırlar”.  Çünki kalvinistlərin(1) dini təliminə görə, Allaha sonsuz dualar deyil, uğurlu, Allah-təalanın adını şöhrətlən­dirəcək əmək xoşdur.  Və əgər insanın əməyi uğurludursa — ona var-dövlət gətirirsə, ümid edə bilər ki, cənnətdə əbədi həyat üçün Allah məhz onu seçib.  Protestantizmin yayılmasından yüzilliklər sonra əmək etikasının dini motivi, demək olar ki, unudulmuşdu.  Lakin Veberin yazdığı kimi, əməyə xüsusi münasibət Qərb insanı psixologiyasında özünə möhkəm yer eləmişdi.

 

Veberin uğurlu kapitalizm və sabit demokratiyanın protestant etikası ilə əlaqəsi haqqın­dakı nəzəriyyəsi dəfələrlə tənqid hədəfinə çevrilmişdi.  Veberin opponentləri buna istinad edirdilər ki, 19 – 20-ci yüzilliklərdə dünyada katolik Fransası, İtaliyası və İspaniyası, yaxud 20-ci əsrin sonlarında xristian ənənələrinə büsbütün yad olan Sakit okean bölgəsi ölkələri və müsəlman Türkiyəsi kimi uğurla inkişaf edən kapitalist ölkələri peyda olmuşdu.

 

Veberin özü və onun tərəfdarları buna belə cavab verirdilər ki, inkişaf edən qeyri-protestant ölkələr çox güman ki, öz mədəniyyətlərində əvvəllər gizli qalan ehtiyatları üzə çıxara bilmiş və bu, onlara protestant etikasına bənzər əmək etikasını formalaşdırmağa imkan vermişdir.

 

Veberin nəzəriyyəsi Marksın da mənsub olduğu fəlsəfi məktəbə meydan oxumaq demək idi.  Marks iddia edirdi ki, şüuru maddi varlıq təyin edir.  Veber isə bunun tam əksini sübut edirdi — protestantizm ideyası Qərb ölkələrinin maddi inkişafını təmin etmişdir.

Category: KITABLAR | Added by: muharibe
Views: 966 | Downloads: 7 | Rating: 0.0/0 |
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Login form
Search
Site friends
Statistics

cemi 1
qonaq 1
istifadeci 0
Copyright MyCorp © 2024